Türkiyədə baş verən yol qəzasında altı yaşlı azərbaycanlı uşaq xəsarət alıb

Bu gün Türkiyədə yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

Bu gün Türkiyədə yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Kırıkkale-Samsun yolunun birinci kilometrində Ahmet Aydoğanın idarə etdiyi yük maşını Özkan Tuluyun idarə etdiyi "34 DY 9421" dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü də daxil olmaqla, 8 nəfər yaralanıb. Yaralılar arasında Adil adlı 6 yaşlı azərbaycanlı uşaq da var.

Yaralılar xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31