HR menecerlərin dəyirmi masası keçirildi
“Excelsior Hotel & Spa Baku”otelində HR menecerlərin dəyirmi masası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirin gedişində işçi heyətin işə cəlb edilməsi, motivasiyanın müasir metodları, personal axınının qarşısının alınması, personalın inkişafı, personalın qiymətləndirilməsi metodları kimi məqamlar ətraflı müzakirə olunub.
17 Oktyabr 2016 12:25 Sosial"Excelsior Hotel & Spa Baku"otelində HR menecerlərin dəyirmi masası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirin gedişində işçi heyətin işə cəlb edilməsi, motivasiyanın müasir metodları, personal axınının qarşısının alınması, personalın inkişafı, personalın qiymətləndirilməsi metodları kimi məqamlar ətraflı müzakirə olunub. "Excelsior Hotel & Spa Baku"otelinin HR meneceri Kamran Rzayev qeyd edib ki, kadrların idarə edilməsi sisteminin keyfiyyəti biznesdə uğurun daha mühüm amilinə çevrilir. Çünki effektiv komanda olmadan ən uğurlu bazar strategiyası belə gerçəkləşdirilə və biznes-proseslərin fasiləsizliyi təmin edilə bilməz.