DTX və XKX əməkdaşlarına dövlət qulluqçusu statusu verildi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilib. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
14 Oktyabr 2016 15:04 SosialDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilib.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, DTX və XKX-də qulluq dövlət qulluğunun xüsusi növü hesab ediləcək.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31