“Açıq hökümətin təşviqində ASAN idarəçilik ”
Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimi Birliyi Azərbaycan Repsublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Açıq hökümətin təşviqində ASAN idarəçilik “lahiyəsini həyata keçirəcək.
14 Oktyabr 2016 14:37 SosialKorrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimi Birliyi Azərbaycan Repsublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Açıq hökümətin təşviqində ASAN idarəçilik "lahiyəsini həyata keçirəcək. İctimai Birliyin sədri Anar Sarıyev "OLAYLAR"-a bildirib ki, lahiyədə əsas məqsəd hüquqi islahatların, konsitutsiya islahatlarının aparıldığı dövürdə yeni iqtisadi şəraitdə Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nına dair təşəbbüslərdə Asan idarəçiliyin təbliğidir: "Layihəmizin icrası müdətində regionlarda əyani və maariflədirici və prafilaktik vəsaitlərin paylanması ilə yanaşı icra hakimiyyəti rəhbərliyinin və vətəndaş cəmiyyəti instutlarının nümayəndələrinin iştirakı ilə birgə konfrans təşkil ediləcək mövzü ətrafında dəyərli fikir mübadiləsi təmin ediləcək..Təşkil olunacaq görüşlər zamanı dövlətimiz tərəfindən yaradılan müasir informasiya kommunikasiya texnologiyalarına əsaslanan müvafiq dövlət qurumları barədə məlumatlar veriləcək.