Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun siyasi və iqtisadi əhəmiyyəti
Bu ayın sonlarında Bakıda ölkə həyatı üçün mühüm əhəmiyyət kəsb edəcək daha bir tədbir keçiriləcək. Söhbət Dünya Azərbaycanlı İş Adamlarının I Forumundan gedir. Məlum olduğu kimi oktyabrın 28-29-da Bakıda Dünya Azərbaycanlı İş Adamlarının I Forumu keçiriləcək. dünyanın 33 ölkəsindən 160-a yaxın iş adamı iştirak edəcəyi tədbirə ən böyük nümayəndə heyəti ilə Rusiya Federasiyasından olan azərbaycanlı iş adamları qatılacaq.
14 Oktyabr 2016 14:18 SosialBu ayın sonlarında Bakıda ölkə həyatı üçün mühüm əhəmiyyət kəsb edəcək daha bir tədbir keçiriləcək. Söhbət Dünya Azərbaycanlı İş Adamlarının I Forumundan gedir. Məlum olduğu kimi oktyabrın 28-29-da Bakıda Dünya Azərbaycanlı İş Adamlarının I Forumu keçiriləcək. dünyanın 33 ölkəsindən 160-a yaxın iş adamı iştirak edəcəyi tədbirə ən böyük nümayəndə heyəti ilə Rusiya Federasiyasından olan azərbaycanlı iş adamları qatılacaq. Bu ölkədən 40 nəfərdən çox nümayəndənini tədbirə dəvət olunması nəzərdə tutulub. Bundan başqa, Türkiyə, Almaniya, Ukrayna, Qazaxıstan xeyli sayda iş adamının Forumda iştirakı gözənilir. Forumda kənd təsərrərüfatı, konsaltinq, ticarət, informasiya texnologiyaları, nəqliyyat və logistika, neft sənayesi, tekstil, bank sektoru və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul azərbaycanlı iş adamları tədbirdə iştirak edəcək. Azərbaycan Respublikasından kənd təsərrüfatı, qida sektoru, tikinti və inşaat, neft, informasiya-kommunikasiya texnologiyaları (İKT), tekstil, tikiş, habelə digər sahələrdə çalışan iş adamlarının da forumda iştirakı gözlənilir. Ümumilikdə Dünya Azərbaycanlı İş Adamlarının I Forumunda 300 nəfərdən çox nümayəndənin iştirakı planlaşdırılır. Qurultayda aparılan müzakirələr zamanı Azərbaycan Prezidentinin tövsiyələrinə əsaslanaraq Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi təkilifi irəli sürülmüşdü. Azərbaycan Respublikası Prezidentinin tövsiyələri əsasında hazırlanmış və Prezident Administrasiyası rəhbərinin 27 iyun 2016-cı il tarixli 95 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Dünya Azərbaycanlılarının IV Qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planın"nın 3-cü bəndində Bakıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısının keçirlməsi nəzərdə tutulub.
Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək Dünya Azərbaycanlı İş Adamlarının I Forumu qeyd etdiyimiz kimi ölkə həyatı üçün mühüm əhəmiyyət kəsb edəcək. Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təkcə iqtisadi deyil, həmçinin siyasi baxımdan da olduqca əhəmiyyətli sayıla bilər. Forumun siyasi əhəmiyyəti nədən ibarət olacaq ona diqqət yetirək. Məlumdur ki, erməni lobbisi və ona xidmət edən bir sıra xarici dairələr zaman-zaman Azərbaycan barədə mənfi rəy formalaşdırmağa, ölkəmizdə siyasi sabitsizlik görüntüsü yaratmağa çalışırlar. Hərdən qeyd edilən dairələrin diqtəsi ilə ölkədə radikal siyasi qüvvələrin keçirdiyi aksiyalar da məhz bu məqsədə xidmət edir ki, beynəlxalq aləmdə Azərbaycanda siyasi sabitsizliyin mövcud olduğu görüntüsü yaransın. O da birmənalıdır ki, siyasi sabitsizliyin hökm sürdüyü hər hansı bir ölkəyə xarici investorlar sərmayə yatırmağa maraqlı görünmürlər. Ancaq indiki mərhələdə Azərbaycanda Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi, forumdan sonra xaricdə fəaliyyət göstərən nüfuzlu iş adamlarımızın iqtisadiyyatın müxtəlif sahələrinə sərmayələr yatırması Azərbaycan barədə yaradılmağa çalışılan mənfi rəyə adekvat cavab ola bilər. Ən azından həmin iş
adamlarımızın fəaliyyət göstərdikləri ölkələrdə əməkdaşlıq etdikləri şirkətlər, müəssisələrdə bu rəy yaranacaq ki, Azərbaycan xarici investisiyaların qorunduğu, normal investisiya mühtinin olduğu bir respublikadır. Əgər xaricdə fəaliyyət göstərən iş adamı öz ölkəsinə sərmayə yatırmaqda heç bir problem görmürsə, deməli eyni addımı digər xarici iş adamları da ata bilər.
Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun iqtisadi əhəmiyyətinə gəlincə, bu ilk növbədə ölkə iqtisadiyyatının daha da inkişafına təkan verə bilər. Xüsusilə, neft böhranının yaşandığı dövrdən sonra iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi zərurətə çevrilib. Bu mənada xaricdə fəaliyyət göstərən iş adamlarımızın Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə sərmayələr yatırması bütövlükdə ölkə iqtisadiyyatının bir qədər də inkişafına töhfə vermiş olar. Xüsuilə, qeyri-neft sektoruna.
Məlumdur ki, Dünya Azərbaycanlı İş Adamlarının I Forumu Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Və həmin forumda təkcə xarici ölkələrdə fəaliyyət göstərən iş adamlarımız deyil, eləcə də yerli sahibkarlar da iştirak edəcək. Forum çarçivəsində xaricdə və daxildə fəaliyyət göstərən iş adamları arasında keçirilən ikitərəfli görüşlər, əldə edilən razılaşmalar yerli istehsalın xarici bazara çıxarılması baxımından da əhəmiyyətli olacaq. Təsadüfi deyil ki, neft və maliyyə böhranı meydana gələndən yerli istehsalın artırılması və onun xarici bazara çıxarılması, nəticə etibarilə xarici valyutanın ölkəyə daxil olmasının reallaşması əsas prioritet hesab edilib. Elə Prezident İlham Əliyev də dəfələrlə keçirdiyi görüşlər, iclaslarda yerli mal və məhsulların istehsalının artırılması və onların xarici bazarlara çıxarılmasının vacibliyini vurğulayıb. Ancaq onu da etiraf etmək lazımdır ki, yerli sahibkarlar bəzən istehsal etdikləri məhsulları xarici bazara çıxarmaqda çətinlik çəkirlər ki, bu da onların beynəlxalq səviyyədə əlaqələrinin zəif olması ilə bağlıdır. Ancaq inidki situasiyada belə bir forumun keçirilməsi yerli sahibkarlar və onların istehsal etdikləri mal və məhsulların xarici bazarlara çıxarılmasının təminatı üçün əlverişli fürsət ola bilər. Bir qədər də konkretləşdirsək yerli sahibkarlar xarici ölkələrdə fəaliyyət göstərən iş adamlarımızın vasitəçiliyi ilə xarici bazarlara çıxmağa asanlıqla nail ola bilərlər. Bütün bunlar isə xarici bazarlarda Azərbaycan istehsalı olan malların daha çox yayılmasına gətirib çıxarar.
Nəhayət, Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı səsləndirdiyi fikirlər, verdiyi tapşırıq və tövsiyyələrin icrası istiqamətində atılan addımlardan biri kimi də dəyərləndirilə bilər. Məlum olduğu kimi dövlət başçısı qurultayda çıxışı zamanı xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkə iqtisadiyyatın real sektoruna, xüsusilə, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına sərmayə qoymağa çağırmışdı: "Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram, bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə
yaşayan iş adamları Azərbaycandakı qohumlarına da kömək göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir. Əlbəttə, mən çox istərdim ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində - 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır. Azərbaycanda sərmayə iqlimi yaxşıdır, biznes mühiti gündən-günə yaxşılaşır. Xüsusilə bu ilin əvvəlindən imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır. Bütün bürokratik əngəllər aradan götürülür, şəffaflıq tam təmin edilir. Bütün bunların nəticələrini biz gündəlik həyatda görürük. Biz bunu mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Ona görə sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Bu gün sərmayə qoyuluşu problemləri, həmçinin bazarlarla bağlıdır. Çünki dünyada, yaşadığımız bölgədə, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaqdır. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır. Bu, gözəl biznes imkanları üçün də gözəl şərait yaradır. Ona görə bir daha demək istəyirəm və xüsusilə böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət etmək istəyirəm: Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur".
Süleyman İsmayılbəyli