Türkiyəylə-Azərbaycan

Yığılsa da dünya, cahan, Hamımız bir genik, bir qan, Gələcəkdir həmin o an, Türkiyəylə-Azərbaycan.

Yığılsa da dünya, cahan,

Hamımız bir genik, bir qan,

Gələcəkdir həmin o an,

Türkiyəylə-Azərbaycan.

Bayrağımız al qırmızı,

Üstündədir dan ulduzu,

Bir oldu çörəyi, duzu,

Türkiyəylə-Azərbaycan.

Gələcəkdir həmin o an,

Olsun qrban sizə cahan,

Eşidəcəksiz her zaman,

Türkiyəylə-Azərbaycan.

Düşmənlər, çəkilin yurddan,

Çünki gəlir qurdla aslan

Əldə silah, qəlbdə iman,

Türkiyəylə-Azərbaycan!

Sübhanə (Sübhanə Koroğlu nəvəsi).

Oğul

(İlk üç misra hörmətli

şairimiz B.Vətənoğlunundur)

Viranə yurdumuz bayquşa qalmış.

Dumana, borana, yağışa qalmış,

Xilası bir qanlı vuruşa qalmış,

Qanlı vuruşuna möhtacam, oğul!

Qartala, tərlana çək, Vətən oğlu!

Düşman sinəsinə çök, Vətən oğlu!

Leşini, başını sök, Vətən oğlu!

Terlan vuruşuna vurğunam, oğul!

Tərlan vuruşunla əslini bildir!

Aslan savaşınla nəslini bildir!

Polad qollarınla gücünü bildir!

Polad qollarına qurbanam, oğul!

Sən şimşək zərbəni yağı düşmənin

Kinli ürəyinə, başına endir!

Xain baxışlarla Yurduna baxan

Gözlərinə endir, qaşına endir!

Həyasız düşmənə, yağı düşmənə

Həddin zamanıdır, həddini bildir,

TANRIYA, Vətənə, Elə, Millətə,

Dünyaya, Cahana, Bəşəriyyətə

Əbədi eşqini, sevgini bildir!

Polad qollarına qurbanam, oğul!

Hünəri, Sevgini, Əbədiyyəti

Sənə bəxş eyləyən UCA ALLAHA-

ULU YARADANA qurbanam, oğul!!!

                                                    İlqar

VƏTƏN

(İlk üç misra hörmətli

şairimiz B.Vətənoğlunundur)

Viranə yurdumuz bayquşa qalmış.

Dumana, borana, yağışa qalmış,

Xilası bir qanlı vuruşa qalmış,

Qanlı vuruşuna qatıllam, Vətən!

Bayquşun başını qoparam, Vətən!

Qartala, tərlana çəkəndə İlqar,

Düşmən sinəsinə çökəndə İlqar,

Leşini, başını sökəndə İlqar,

Uğrunda qanlara qatıllam, Vətən!

Bayquşun səsini batırram, Vətən!

Bir olan TANRIYA təslim bəllidir,

Aslan vuruşumla əslim bəllidir.

Tərlan savaşımla nəslim bəllidir,

Qıy vurub savaşa atıllam, Vətən!

Şeytanın gözünü batıram, Vətən!

İlqaram amalım, fikrim də aşkar,

Vətənə istəyim, sevgim də aşkar,

Bir HAQQ aşiqiyəm eşqim də aşkar,

Haqq olan savaşa qatıllam, Vətən!

Sənə tamah salmış yağı düşmənin,

Əzib mundar başını, söküb ciyərin,

Qoparıb ürəyin, kəsib hənirin

Düşmənin işini bitirrəm, Vətən!

Səni azadlığa yetirrəm, Vətən!!!

İlqar

***

Günlərin bir günü idi

Bir evə yönəldilər,

Azmı, çoxum gedib yolu,

Şahnazgilə gəldilər...

Bir az keçdi məlum oldu

Gələnlərin məramı,

İndi hər kəs gözləyirdi

Veriləcək qərarı...

Elçilərə "yox" cavabı

Verilmişdi həmin gün,

Bir igidin ürəyini

Qırmışdılar həmin gün.

Rəfiqəsi soruşduqda,

Cavab vermişdi Şahnaz:

-Görmədinmi alnındakı,

Üzündəki çapığı,

Dodağında tikiş yeri,

Sevməm bele sapığı...

Əlbətdə ki, yanılırdı

Şahnaz adlı o pəri,

Bilməyirdi o gəncdəki

Şücaəti, hünəri!

Vətən üçün döyüşəndə

Cəbhələrdə gənc Ayaz,

Şirin-şirin uyuyurdu

Şahnaz, Sərvi və Bəyaz.

Neçə-neçə döyüşlərdə

Ayaz yara almışdı

Alnın, dodağın, üzün

Qəlpə paralamışdı.

Ancaq ürəyi bütöv,

Bütöv idi o gəncin!!!...

Onun bütöv ürəyin

Yaralamışdı Şahnaz,

Yəqin ki, Şah gözləyir

Ki, ona gedə Şahnaz.

Qəm yemə, Şahnaz xanım,

Sən gözlə öz şahını,

Yəqin bir EL qızı da

Seveindirər, güldürər

O yaralı şahini!...

Bir El qızı əlbəttdə

Düzgün seçim edəcək.

Avara yolla gedən, tüfeyli həyat sürən

oğlanlardan vaz keçib,

Nalayiq sözlər deyən, günahlarla kirlənən

dodaqlardan vaz keçib,

Vətən üçün, Xalq üçün

Haqq uğrunda, yolunda

Çapılmış alnı, üzü,

Çapılmış dodaqları,

Yanaqları seçəcək.

Çapılmış yanaqları,

Çapılmış dodaqları

Öpüşlərə qərq edib,

Ona məlhəm çəkəcək.

İlqar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31