Yunus Oğuzun “Tamerlan” kitabı Qırğızıstan oxucularına elektron versiyada təqdim olunur
Yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun “Tamerlan” kitabının elektron versiyası turktoday.info saytına yerlәşdirilib. Bu barədə məlumatı “OLAYLAR”-a Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov verib.
13 Oktyabr 2016 12:15 SosialYazıçı-publisist, türkoloq alim Yunus Oğuzun "Tamerlan" kitabının elektron versiyası turktoday.info saytına yerlәşdirilib. Bu barədə məlumatı "OLAYLAR"-a Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov verib. Bildirib ki, sözügedən kitab 2013 cü ildә Bişkekdә onun rəhbərlik etdiyi fondun sifarişi ilә nәşr edilib: "Elә hәmin ili kitabın geniş tәqdimatı keçirilib. Tәqdimatda dünya şöhrәtli qırğız yazıçısı Çingiz Aytmatovun qardaşı akademik İlgiz Aytmatov vә bir çox tanınmışlar iştirak edib. Kitab qırğız oxucuları tәrәfindәn rәğbәtlә qarşılanıb. Bu il mart ayıın 10 da Qırğızıstan prezidentinin birinci rezidensiyasında kitabın qırğız dilindә variantının tәqdimatı olub. Hәmin tәqdimat mәrasimindә kitab Qırğızıstan Respublikası prezidenti yanında dövlәt dili komissiyasının fәxri fәrmanına layiq görülüb. Bundan başqa kitab bu ilin sentyabr ayında Moskvada keçirilәn kitab yarmarkasında beynәlxalq qran pri mükafatı qazanıb".
Qeyd edәk ki "Tamerlan" kitabı "Dünya siyasәtinin zirvәsini fәth edәnlәr" ikicildliyi ilә birlikdә sözügedәn sayta yerlәşdirilib. "Dünya siyasәtinin zirvәsini fәth edәnlәr" ikicildliyi ümummilli lider Heydәr Әliyevin hәyat vә fәaliyyәtinә, eləcə də prezident İlham Әliyevin apardığı uğurlu siyasәtә hәsr olunub.