Yaponiyada Azərbaycan dərsləri
Yaponiyanın paytaxtı Tokiyonun Adaçi qəsəbəsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tərəfindən “Mənim Ana Vətənim, Azərbaycanlıların gündəlik həyat tərzi və mədəniyyəti” mövzusunda seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, nitqini azərbaycan dilində açan Ə. Məmmədov daha sonra yapon dilində Azərbaycanın qədim tarixi, mədəniyyəti, müstəqillik illəri, siyasi sistemi haqqında ümumi məlumat verib. Seminarda ümumilikdə 70 nəfər iştirak edib. Dağlıq Qarabağ problemi haqqında geniş məlumat verən diaspora rəhbəri bildirib ki, 2000-ci illərdə neftdən gələn ilk gəlirlər məhz problemdən əziyyət çəkən məcburi köçkünlərin həyat və yaşam şəraitinin yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, ölkənin kənd təsərrüfatı və turizmin inkişafına, ölkədə insan kapitalına yönəldilib.
13 Oktyabr 2016 12:16 SosialYaponiyanın paytaxtı Tokiyonun Adaçi qəsəbəsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tərəfindən "Mənim Ana Vətənim, Azərbaycanlıların gündəlik həyat tərzi və mədəniyyəti" mövzusunda seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, nitqini azərbaycan dilində açan Ə. Məmmədov daha sonra yapon dilində Azərbaycanın qədim tarixi, mədəniyyəti, müstəqillik illəri, siyasi sistemi haqqında ümumi məlumat verib. Seminarda ümumilikdə 70 nəfər iştirak edib. Dağlıq Qarabağ problemi haqqında geniş məlumat verən diaspora rəhbəri bildirib ki, 2000-ci illərdə neftdən gələn ilk gəlirlər məhz problemdən əziyyət çəkən məcburi köçkünlərin həyat və yaşam şəraitinin yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, ölkənin kənd təsərrüfatı və turizmin inkişafına, ölkədə insan kapitalına yönəldilib.