"Qəbələ"dən Cavid Hüseynovun azadlığına REAKSİYA

"Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovun azadlığa çıxması ilə bütün diqqət onun yenidən yaşıl meydanlara qayıtmasına yönəlib.

"Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovun azadlığa çıxması ilə bütün diqqət onun yenidən yaşıl meydanlara qayıtmasına yönəlib.

"Qəbələ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev modern.az-a açıqlamasında futbolçunun azadlığa çıxmasına şad olduqlarını deyib:

"Hazırda bizim klub olaraq bütün diqqətimiz "İnter"lə oyuna yönəlib. Cavidin yenidən kluba qayıdıb-qayıtmayacağı barədə məlumatım yoxdur. Onun kluba qaytarılması səlahiyyət sahiblərinin ixtiyarında olan məsələdir".

A.Hacıyev bildirib ki, futbolçunun yenidən kluba qaytarılması ilə bağlı müzakirə aparılmayıb: "Əvvəldən də onun azadlığa çıxacağı təqdirdə kluba qaytarılması barədə müzakirələr aparılmayıb".

Qeyd edək ki, jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı təqsirləndirilən sabiq kapitan Cavid Hüseynov bu gün azadlığa çıxıb. C.Hüseynov hadisələrdən sonra klubdan uzaqlaşdırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31