Online mediaya dövlət yardımı artırılacaq?
"Medianın indiki zamanında onlayn media istər məlumatların toplanmasında, yayılmasında, ictimai fikrin formalaşmasında daha çox rol oynayır.
12 Oktyabr 2016 15:36 Sosial"Medianın indiki zamanında onlayn media istər məlumatların toplanmasında, yayılmasında, ictimai fikrin formalaşmasında daha çox rol oynayır. Ona görə də mən düşünürəm ki, necə ki yazılı mətbuata (qəzetlərə) dövlət dəstəyi verilir, eyni zamanda ictimai fikrə təsir edən xəbər portallarına da yardım etmək günün tələbidir. Bununla bağlı bir neçə dəfə parlamentdə çıxış etmişəm ki, məsələ öz həllini tapsın". Bunu deyən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, ayrılacaq məbləğin bölgüsü ilə bağlı sualları cavablayan deputatın sözlərinə görə, bu barədə indidən danışmaq bir az tez olar, əvvəlcə məbləğ əldə olunmalıdır: "Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) tərəfindən yazılı mətbuata yardım edilir. Belə düşünürük ki, onlayn mediaya da dəstək üçün bu mediaya KİVDF-in büdcəsini artırmaq lazım olacaq. Hələlik məsələlər müzakirə olunur. Mənim fikrimcə, nə qədər ki, yazılı mətbuat kimi online media reklamla bağlı problemlərini həll edə bilməyib, reklam gəlirləri hələ kifayət qədər deyil, ona görə də o müddətə qədər dövlətin onlayn mediaya da yardım etməsi jurnalistikanın inkişafına gətirib çıxara bilər".