KİV dini ekstremizmə qarşı əməliyyat zonasında necə fəaliyyət göstərəcək?

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında KİV işçilərinin fəaliyyəti əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək. Bu məsələ oktyabrın 12-də Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik təklifində əksini tapıb. Qanun layihəsində qeyd edilib ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək. Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında KİV işçilərinin fəaliyyəti əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək. Bu məsələ oktyabrın 12-də Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik təklifində əksini tapıb. Qanun layihəsində qeyd edilib ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək. Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31