“Multikultural marafon” kampaniyası keçirilir

Gənclər üçün Təhsil Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Multikulturalizm ili” çərçivəsində Quba şəhərində “Multikultural marafon” adlı kampaniyanın ilk görüşünü həyata keçirib. Mərkəzdən “OLAYLAR”-a bildirilib ki, konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki , multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik kimi dəyərləri təşkil edir və bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir.

Gənclər üçün Təhsil Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Multikulturalizm ili" çərçivəsində Quba şəhərində "Multikultural marafon" adlı kampaniyanın ilk görüşünü həyata keçirib. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki , multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik kimi dəyərləri təşkil edir və bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət assimilyasiya - izolyasionizmə alternativ olan siyasətdir. Sözügedən konfrans region gəncləri adından ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini həmçinin 2016-cı il Azərbaycanda "Multikulturalizm ili"-nə dəstək xarakteri daşıyır. Konfransda həmçinin Azərbaycan Dövlət Pedoqoji Universiteti Quba Filialının direktoru, professor Əli Allahverdiyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin müdir müavini Ramin Xudayev, Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev, Quba rayon Gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev, yəhudiləri icmasının, rus icmasının nümayəndələ çıxış edərək multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun mərkəzinə çevrildiyini qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31