Şimal zonasında maarifləndirmə tədbiri keçirilib

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində uşaqların, valideynlərin, müəllimlərin və yerli icmaların iştirakı ilə Quba rayonunda maarifləndirmə tədbiri keçirib.

"Sağlam Həyat" Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Uşaqlar və gənclər arasında "Zorakılıqsız həyat naminə" devizi ilə aksiyaların keçirilməsi" adlı layihəsi çərçivəsində uşaqların, valideynlərin, müəllimlərin və yerli icmaların iştirakı ilə Quba rayonunda maarifləndirmə tədbiri keçirib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, tədbirdə çıxış edən layihə rəhbəri Aytən Səfixanlı qeyd edib ki, layihənin məqsədi paytaxtda və regionlarda məktəblilər, valideynlər və uşaqlarla işləyən şəxslər arasında zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir. Tədbirdə ekspert qismində çıxış edən pxixoloq Asəf Kərimov bütün dünyada olduğu kimi, ölkəmizdə də uşaqların müəyyən səbəblərdən müxtəlif növ zorakılıqlara məruz qaldığını, bir çox hallarda, valideynlər, müəllimlər və hətta həmyaşıdları tərəfindən uşaqlara qarşı zorakılığın edildiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31