Bakıda qadın 5 yaşlı oğlunu boğaraq öldürdü
Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib. Report bildirir ki, hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
12 Oktyabr 2016 13:39 SosialBakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib.
Report bildirir ki, hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyidi aşkar olunub.
Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova "pis ruhları çıxartmaq" üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31