“Gəlincik” adlı layihənin bağlanış mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata kecirilən “Gəlincik” adlı layihənin bağlanış mərasimi həyata keçirildi.
11 Oktyabr 2016 18:15 SosialAzərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata kecirilən "Gəlincik" adlı layihənin bağlanış mərasimi həyata keçirildi. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Bəyim Məmmədli gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat vermiş,layihənin məqsədini və layihə ərzində keçirilən təlimlərin mövzularını bir daha iştirakçıların diqqətinə çatdırmışdır. Daha sonra təlimçi Zaur Quliyev iştirakçıları salamlayaraq erkən nigahların hüquqi cəhətdən də yol verilməz olduğunu, erkən nigahlarla bağlı maarifləndirmə işlərini mütəmadi olaraq həyata keçirlməsinin vacib olduğunu vurğuladı. Daha sonra layihə iştirakçısı olan gənclərin movzu ilə əlaqədar verdiyi suallar cavablandırıldı və tədbir ümumi müzakirə formatında davam etdi. .Layihə ərzində əldə olunana bilikləri gələcək işlərində tətbiq etmələri iştirakçılara tövsiyyə edildi.
Sonda isə istirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu.