"Vəziyyətləri ağırdır" - Bakıdakı faciədə yaralananların səhhəti ilə bağlı AQIQLAMA - YENİLƏNİB

Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti ağırdır.

Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti ağırdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Qadına hadisə yerində tibbi yardım göstərilib və evə buraxlılıb. Qalan 4 nəfər (2 qadın, 2 kişi) təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Yardım Mərkəzinə gətirilib.

Hazırda xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

***

Bakıda tikintidə qəza baş verib.

APA bildirir ki, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.
 
Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.
 
Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
 
APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31