Nazirlik komissiyaların fəaliyyətinə nəzarəti gücləndirəcək

Azərbaycanda rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarət gücləndiriləcək.

Azərbaycanda rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarət gücləndiriləcək.

Təhsil Nazirliyindən Trend-ə deyilib ki, bu, təhsil naziri Mikayıl Cabbarovun "Xüsusi təhsil məsələləri barədə" imzaladığı əmrdə qeyd edilib.

Əmrə görə, respublika psixoloji-tibbi-pedaqoji komissiyasına rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirməyi, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasını təşkil etməyi tapşırıb.

Yerli təhsil idarəetmə orqanlarının rəhbərlərinə isə tapşırılıb ki, yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində TN-ə təqdim etsinlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31