Bacısının həyat yoldaşıyla qaçan 14 yaşlı qızın atası İNFARKT KEÇİRDİ

Cəlilabad rayonunda qızı kürəkəni tərəfindən qaçırılan Məmmədrzalı kənd sakini Ramil Yusubov"infrakt" keçirib.

Cəlilabad rayonunda qızı kürəkəni tərəfindən qaçırılan Məmmədrzalı kənd sakini Ramil Yusubov"infrakt" keçirib.

Bu barədə ölkə.az-a R.Yusubovun qardaşı Rahim Yusubov məlumat verib:

"Qardaşım Bakıdan gələn gün vəziyyəti ağırlaşdı. Xəstəxanaya gətirdik, məlum oldu ki, infrakt keçirib. Həkimlər deyirlər ki, vəziyyəti orta ağırdır".

Qeyd edək ki, R.Yusubovun 14 yaşlı qızı Gülbahar Əhmədova sentyabrın 23-dən itkin düşüb. Ailənin ilkin ehtimalına görə, azyaşlı qızı rayonun Mikayıllı kəndindən olan kürəkənləri, 26 yaşlı Ələmdar Məmmədov qaçırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31