Abdolbari Gözəl "Azərsun Holdinq"in monopolist olması barədə iddiaları cavablandırıb
"Azərsun Holdinq"i bəzən monopolist olmaqda ittiham edirlər, amma mən bu fikirlə razı deyiləm.
7 Oktyabr 2016 16:04 Sosial"Azərsun Holdinq"i bəzən monopolist olmaqda ittiham edirlər, amma mən bu fikirlə razı deyiləm.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
"Bazarda bizim istehsal etdiyimiz məhsulların çeşidindən eynisini istehsal edən başqa şirkətlər də var. Məsələn," Gilan Holdinq", "Karat Holdinq" və s. Nəticədə, istehlakçının seçimi artır. Bu, həm də rəqabət yaradır və məhsulun keyfiyyətinə müsbət təsir edir. Hamımız eyni qayıqda oturmuşuq. Nə ediriksə, dövlətimiz üçün edirik", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31