Dərmanların içlik vərəqələrinin monitorinqini aparmaq üçün nazirliyə müraciət edib
AMEA Nəsimi adına Dilçilik İnstitutu dərman vasitələrinin içlik vərəqələrinin monitorinqini aparmaq üçün Səhiyyə Nazirliyinə məktubla müraciət edib. Bu barədə APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva məlumat verib.
7 Oktyabr 2016 15:10 SosialAMEA Nəsimi adına Dilçilik İnstitutu dərman vasitələrinin içlik vərəqələrinin monitorinqini aparmaq üçün Səhiyyə Nazirliyinə məktubla müraciət edib. Bu barədə APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva məlumat verib.
O qeyd edib ki, monitorinqin qarşılıqlı müqavilə əsasında aparılması planlaşdırılır.
Qeyd edək ki, Dilçilik İnstitutu sonuncu dəfə 2014-cü ildə 500-600 dərman vasitəsinin içlik vərəqəsinin monitorinqini aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31