Boşanma halları zamanı mülk necə bölüşdürülür?

Günümüzdə boşanma halları ən çox və tez-tez müşahidə edilən sosial problemlər sırasındadır. Təssüfedici məqam ondan ibarətdir ki, bu mənfi tendensiya getdikcə artmaqdadır. Keçən ilin statistik göstəriciləri də bunu bir daha sübuta yetirir. Adətən boşanma hallarına sosial vəziyyət, ailənin dolanışığının yaxşı olmaması səbəb kimi göstərilsə də, lakin reallıq tamam başqadır. Belə ki, erkən nikah və ailə həyatı quran cütlüklərin bir-birini daha yaxşı tanımaması evlilikdən sonrakı müddətdə tərəflər arasında problemlərə gətirib çıxarır. Boşanma zamanı ər və arvad, eləcə də onların yaxınları, ailə üzvləri arasında ən ziddiyət və mübahisə doğuran məqam mal, mülk, valideynin (atanın) mirasının bölüşdürülməsi ilə bağlı olur. Bəs görəsən bu kimi mübahisəli məsələlər hüquqi aspektdə necə öz əksini tapır?

Tərəflər boşandıqdan sonra hansı hüquqlara malikdir?

Günümüzdə boşanma halları ən çox və tez-tez müşahidə edilən sosial problemlər sırasındadır. Təssüfedici məqam ondan ibarətdir ki, bu mənfi tendensiya getdikcə artmaqdadır. Keçən ilin statistik göstəriciləri də bunu bir daha sübuta yetirir. Adətən boşanma hallarına sosial vəziyyət, ailənin dolanışığının yaxşı olmaması səbəb kimi göstərilsə də, lakin reallıq tamam başqadır. Belə ki, erkən nikah və ailə həyatı quran cütlüklərin bir-birini daha yaxşı tanımaması evlilikdən sonrakı müddətdə tərəflər arasında problemlərə gətirib çıxarır. Boşanma zamanı ər və arvad, eləcə də onların yaxınları, ailə üzvləri arasında ən ziddiyət və mübahisə doğuran məqam mal, mülk, valideynin (atanın) mirasının bölüşdürülməsi ilə bağlı olur. Bəs görəsən bu kimi mübahisəli məsələlər hüquqi aspektdə necə öz əksini tapır?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, bu kimi mübahisə doğuran məsələlərin həlli zamanı müəyyən hüquqi addımlar mütləq nəzərə alınmalıdır: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə mirasın qəbulu mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu barədə ərizənin verilməsi və ya əmlaka sahiblik edilməyə və ya əmlakın idarə olunmasına faktik başlanılması və bununla da mirasın qəbul edildiyinin sübutu mümkündür. Notariat kontoruna tələb olunan bütün sənədlər təqdim edilməsinə baxmayaraq o, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişsə, onda maraqlı şəxs mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizə ilə deyil, notariat hərəkətlərinin aparılmasından imtina barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir". Vəkillər Kollegioyasının üzvü hesab edir ki, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlər üzrə bir sıra vacib sübutların təqdim edilməsi zəruridir: "Notariat orqanının lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinasını təsdiq edən sübut; əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyə faktiki başlamağı təsdiq edən sübutlar (vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı lazımdır. Həmçinin daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz də tələb olunan sənədlər sırasındadır. Bundan başqa miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər); miras qoyanın sonuncu yaşayış yeri barədə arayış; miras qoyanın ölümü barədə şəhadətnamənin surəti;

vərəsənin miras qoyanla qohumluq və digər münasibətlərini təsdiq edən sənədin də təqdim edilməsi zəruridir".

Hüquqşünas Vüqar Səfərli də deyir ki, miras və ailənin dağılmasından sonra yerdə qaln mal-mülkün bölüşdürülməsi probleminə tez-tez rast gəlinir və bir qayda olaraq bu məsələ məhkəmə predmetinə çevrilir: "Tez-tez rast gəlinən məhkəmə çəkişmələrindən biri də, keçmiş ər-arvadın əmlak tələbi ilə bağlı olur. Bura daha çox xanımın qızıl və digər qiymətli əşyalar barədə tələblərini aid etmək olar. Bəzi hallarda, gəlinlər yaşadıqları evi dava-dalaş şəraitində tərk edirlər və nəticədə də, özləri ilə ər evindən qiymətli əşyalarını götürə bilmirlər. Digər tərəfdən isə, gəlinin ər evini məhz dava-dalaş şəraitində tərk etməsi, onun həqiqətən də özünə məxsus olan qiymətli əşyaları götürə bilməməsini əsaslandırmağa kömək olacaq. Belə ki, mübahisə və dava-dalaş şəraitində məcburiyyət qarşısında yaşadığı evi tərk etmiş gəlinin özü ilə qızıl və digər qiymətli əşyalarını götürməsi real deyil". Hüquqşünas deyir ki, Azərbaycanda uzun illər boyunca formalaşmış adətlərə əsasən, gəlin köçən xanım, özünə məxsus və ona hədiyyə edilən qymətli əşyaları ər evində (köçdüyü ev, ərin valideynlərinin evi və sair) saxlayır: "Bu səbəbdən də, xanıma aid olan qızıl və digər qiymətli əşyaların ər evində saxlanıldığına məhkəmədə inam yaranır. Belə olan halda, artıq keçmiş ər sübut etmək məcburiyyətində qalır ki, onun keçmiş həyat yoldaşı həqiqətən də, özünəməxsus qiymətli əşyaları evdən gedərkən götürüb. Əks halda, həmin əşyaların qaytarılması barədə məhkəmə qətnamə qəbul edə bilər. Bu barədə vahid məhkəmə təcrübəsi olmasa da, bəzi hakimlər məsələnin həllinə məhz bu cür yanaşır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31