Tibbi turizm nədir? - Azərbaycan üçün yenilik

Tibbi turizm – yaşadığın ölkənin hüdudlarından kənarda tibbi xidmət almaq, istirahətlə yüksək səviyyəli tibbi xidmət almağı özündə əks etdirən bir termindir.

Tibbi turizm - yaşadığın ölkənin hüdudlarından kənarda tibbi xidmət almaq, istirahətlə yüksək səviyyəli tibbi xidmət almağı özündə əks etdirən bir termindir.

Hal-hazırda artıq qlobal "tibbi xidmət bazarı" formalaşıb. Bu bazarın özünəməxsus menecerlik xidmətləri, akreditasiyya orqanları, tibbi turizm agentlikləri, öz mütəxəssisləri formalaşıb və hətta maliyyə krizisi şərtlərində belə sürətlə inkişaf edib. Hal-hazırda ölkəmizdə də tibbi turizm sahəsi sürətlə inkişaf etməkdədir.

Bir neçə il bundan öncəyə qədər xəstələr tibbi turizm xidmətlərindən istifadə etməyə çəkinirdilərsə, tibbi turizm şirkətlərinə etibar etmirdilərsə, günümüzdə artıq bütün bunların əsassız olduğu və tibbi turizm xidmətindən yararlanmağın nə qədər faydalı olduğunu görürük. Bildiyimiz kimi, Türkiyədə eləcə də bir çox ölkələrdə tibbi xidmətlər ödənişlidir və bəzən soydaşlarımız bilgi azlığından xoşagəlməz hallarla qarşılaşırlar. Bütün bu xoşagəlməz halların qarşısının alınması üçün tibbi turizm xidmətlərindən yararlanmaqda fayda var. Tibbi turizm şirkətləri xəstəliyə uyğun xəstəxana seçməkdə, eləcə də xəstənin maddi vəziyyətinə uyğun xəstəxana seçimində, həkimə xəstənin şikayətlərinin daha dəqiq şəkildə çatdırılmasında, ən yaxşı ixtisas həkiminin seçilməsində köməklik göstərir.

Tibbi turizm şirkətləri ölkədən kənarda olduğu kimi, eləcə də ölkəmizə əcnəbiləri cəlb etməklə məşğul olur. Regionda digər sahələrdə inkişaf edən ölkələr arasında ilk sıralarda durduğumuz kimi, eləcə də tibbi sahədə olan inkişafı nəzərə alsaq əcnəbilərin ölkəmizdə bir çox sahələrdə yüksək səviyyəli tibbi xidmət almasının mümkün olduğunu görərik. Belə ki, ölkəmizdə olan yüksək səviyyəli mütəxəssislər, tibbi mərkəzlər, xəstəxanlar haqqında düzgün məlumat verilsə əcnəbilərin ölkəmizə axınını müşahidə etmiş olarıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31