Ebru Gündeş Rzadan boşanmırmış - Rzanın məhkəməsi
6 Oktyabr 2016 09:55 SosialÖtən gün ABŞ-da həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrabın növbəti məhkəməsi baş tutub.
"Haberler" xəbər verir ki, o, Bakı vaxtı ilə 18:30-da məhkəməyə çıxarılıb.
Zərrab ötən gün səhər saatlarında yeraltı tunellərlə bağlı olan həbsxanadan çıxarılaraq məhkəmə binasına gətirilib. Məhkəmədə Zərrabın bütün vəkilləri, o, cümlədən həyat yoldaşı Ebru Gündeşilə boşanma ərəfəsində Rzanı təmsil edəcək vəkil Şebnem Eriş də iştirak ediblər.
Məhkəmədə Şebnemin ifadəsi diqqət çəkib. O bildirib ki, Ebru Gündeş Rzadan boşanmaq üçün məhkəməyə ərizə verməyib.
Rzanın məhkəməsi yanvar ayına ertələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31