Korrupsiyaya qarşı mübarizə üçün - Yeni qanunlar
Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndiriləcək. Qafqazinfo bildirir ki, bununla bağlı Milli Məclisdə yeni qanun layihələrinin qəbul edilməsi gözlənilir. Mübarizə tədbirləri əksər sferaları əhatə edəcək.
5 Oktyabr 2016 14:31 SosialAzərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.
Qafqazinfo bildirir ki, bununla bağlı Milli Məclisdə yeni qanun layihələrinin qəbul edilməsi gözlənilir. Mübarizə tədbirləri əksər sferaları əhatə edəcək.
Belə ki, bundan sonra tender əməliyyatlarının həyata keçirilməsində şəffaflığın gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçiriləcək. Xüsusilə külli miqdarda vəsaitlərlə müşayiət olunan alqı-satqı əməliyyatlarının, dövlət sifarişlərinin yerinə yetirilməsinə mühüm nəzarət tədbirləri olacaq.
Həmçinin mübarizə təmir-tikinti sferasında həyata keçirilən işləri də əhatə edəcək. Beləliklə də həmin sahəyə çəkilən xərclərin miqdarını müəyyənləşdirmək asanlaşacaq.