Məhsulların maya dəyəri niyə gizlədilir?
Ticarət mərkəzlərində satışa çıxarılan əksər malların istehsal yeri, tarixi, keyfiyyəti, yararlılıq müddəti və nəhayət mənşəyi və maya dəyəri göstərilmədiyindən istehlakçılar həmin məhsullar barədə dolğun bilgiyə malik ola bilmirlər.
5 Oktyabr 2016 12:33 SosialBu amil özbaşına qiymət artımına şərait yaradır
Ticarət mərkəzlərində satışa çıxarılan əksər malların istehsal yeri, tarixi, keyfiyyəti, yararlılıq müddəti və nəhayət mənşəyi və maya dəyəri göstərilmədiyindən istehlakçılar həmin məhsullar barədə dolğun bilgiyə malik ola bilmirlər. Elə bu səbəbdən də bir çox hallarda istehlakçılara yararlılıq müddəti başa çatmış, bəzən isə insan orqanizmi üçün təhlükəli məhsullar təklif olunur. Ekspertlər hesab edirlər ki, ticarət şəbəkələrində belə halların mövcudluğu qida təhlükəsizliyinə şərait yaratmaqla yanaşı, şəffaflığın da aradan qaldırılmasına maneə törədir. Əgər, satışa çıxarılan məhsulun üzərində tələb olunan məlumatlarla yanaşı, onların maya dəyəri də göstərilsə, tam şəkildə şəffaflığa riayət olunmuş olar. Məlumat üşün qeyd edək ki, artıq beynəlxalq praktikada sözügedən qayda tətbiq olunmaqdadır. Məsələn, Türkiyədəki iri supermarketlərdə satışa çıxarılan məhsulun haradan və neçəyə alınması barədə məlumat qeyd edilir. Bununla da istehlakçı məhsul barədə dolğun məlumata malik olur. Belə bir təcrübənin Azərbaycanda da tətbiqi özbaşına qiymət artımının qarşısını ala bilər. Nəzərə almaq lazımdır ki, müştərinin məhsulun maya dəyəri barədə məlumatlı olması şəffaflıqın təmin olunmasına xidmət edir. Belə praktikanın tətbiqi həm də ölkədə "kölgə iqtisadiyyatı"nın qarşısının alınmasında mühüm rol oynaya bilər.