Çinarənin bu ifası da rekord qıracaq - VIDEO

"Gedək üzü küləyə" mahnısının ifası ilə Azərbaycanın internet məkanını yaxşı mənada alt-üst edən Çinarə Məlikzadə bu gün ATV.azsaytının qonağı olub. O, özü haqda maraqlı faktlar açıqlayıb:

"26 yaşım var. Musiqiyə uşaq vaxtlarımdan meyilləyəm, müğənni kimi fəaliyyət göstərirəm, klublarda oxuyuram. "Yeni ulduz-6" və "O səs Türkiyə" müsahibələrində iştirak etmişəm. İncəsənət Universitetini bitirmişəm. İxtisasca aktrisa olsam da, müğənniliyə daha çox üstünlük verirəm"

ÇinarəMəlikzadə, "Gedək üzü küləyə" ifasının bu qədər uğur qazanacağını heç təsəvvür də etmədiyini bildirdi:

"İfamın internetdə bu qədər bəyənilməsini, paylaşılmasını gözləmirdim. Düşünürəm ki, mən onu musiqisiz oxuduğuma, tam sərbəst olduğuma görə ifam bəyənildi. Müsabiqələrdə oxuyanda  çox həyacanlanıram və sıxılıram, Bu baxımdan uğur qazana bilməmişəm. Bu ifam zamanı isə, sırf olduğum kimiyəm"

İndi isə oxucularımıza Çinarənin ifasında yeni bir mahnı təqdim edirik:  

Vüqar VÜQARLI 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31