"Azərbaycan şou-biznesində kütləvi intiharlar başlayar"
"Əgər bu işin cəmiyyətdə istifadəçisi azdırsa, mənası da azalır".
19 Avqust 2016 11:00 Sosial"Əgər bu işin cəmiyyətdə istifadəçisi azdırsa, mənası da azalır".
Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayevin kitaba olan marağı çoxlarına məlumdur.
Milli.Az bildirir ki, müğənni primetime.az-a açıqlama verib:
"Bu reallıqdır ki, indiki zamanda kitabdan gəlir yoxdur. Kitab bazarı hazırda tənəzzül dövrünü yaşayır. Hazırda dövlətimiz də, yazıçılarımız da var gücləri ilə çalışırlar ki, bu seqmenti qaldırsınlar. Amma bu seqmentin qalxması üçün oxucunun marağı olmalıdır. Oxucunun marağını qaldırsaq, onda Faiq Ağayev də kitab yazacaq. Belə yazım... Heç şəhərdə, parkda, avtobusda, metroda kitab oxuyan görürsünüzmü?! Təbii ki, yox... İnsanların əksəriyyəti telefon və planşetlərsiz yaşaya bilmir. Kitaba meyl göstərənlər çox azdır. Məndən təxminən 6-7 il bundan qabaq soruşdular ki, "Faiq Ağayev memuar yazar?" Dedim, mən memuar yazsam, Azərbaycan şou-biznesində kütləvi intiharlar başlayar. Hamının paxırı ortaya çıxar. Bu sözlərim hələ də öz aktuallığını qoruyur. Hazırda kitab yazmaq istəyim qəti şəkildə yoxdur. Kim istəyər ki, yazdığı kitab oxunmayıb, rəfə atılsın? O üzdən bizim məşhurlar dünya ulduzları kimi geyim, parfüm buraxmır. Çünki istifadəçi kütləsi bu tipli brendlərə maraq göstərmir".