Partlayan avtobusla bağlı avtovağzaldan AÇIQLAMA
1 Avqust 2016 12:44 SosialBizə məxsus Nabran-Bakı marşrutu üzrə hərəkət edən mikroavtobusunda hadisə olmayıb.
Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə məxsus, bu gün səhər saatlarında Nabran-Bakı xətti üzrə hərəkət edən 10 LS 034 dövlət nömrə nişanlı "Hudai" markalı mikroavtobus sonuncu dayanacağa çatıb və sərnişinləri mənzil başına çatdırıb: "Bizim avtobus marşrutlarında heç bir hadisə olmayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31