Rusiyanın Azərbaycandan neft nəqlininin dayandırılması xəbərinə SOCAR-dan REAKSİYA - YENİLƏNİB

Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsini əvvəlki rejimdə davam etdirir.

Bu barədə   SOCAR-dan bildiriblər.

Şirkətdən bildiriblər ki, avqust ayı üzrə cədvələ uyğun neft tədarükünə səhər saatlarında başlanılıb: "Bizə tədarükün dayandırılması barədə məlumat daxil olmayıb. Ola bilər ki, hansısa mərhələdə müvəqqəti fasilə yarana bilər, lakin hazırda planlı şəkildə tədarük davam edir, boru kəməri işləyir və "Tarnsneft"dən hər hansı müraciət bizə daxil olmayıb".

----------

12:23

Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsi hazırda səhər saatlarında Azərbaycanda baş vermiş zəlzələdən sonra yoxlamalar aparılması məqsədilə dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə RİA Novosti-yə "Transneft"in başçısının müşaviri İqor Demin deyib.

Qeyd edək ki, Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, İmişli rayonunda yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb. Zəlzələ yaxin ərazilərdə 5 bala kimi hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31