"Allah üzümüzə baxıb" - Baş seysmoloq - YENİLƏNİB

"İmişlidə baş verən zəlzələnin ardından avtoşoklar davam edəcək".

Bunu modern.az saytına Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

O deyib ki, avtoşokların davam etməsi normal haldır:

"Zəlzələnin maqnitudası 5.6, dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

Sevindirici haldır ki, zəlzələnin dərinliyi çox olub. Dərinlik 7-8 kilometr olsa idi, dağıntıların miqyası geniş olardı. Allah üzümüzə baxıb".

Yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb.

-----------

10:29

"Hazırda İmişlidə afterşoklar davam edir".

Milli.Az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlininlent.az-a verdiyi məlumata görə, zəlzələ baş verən ərazidə xırda təkanlar qeydə alınır: "Bu təkanların olması normaldır. Enerji boşalması getməlidir".

Zəlzələ nəticəsində dağıntıların olub-olmamasına gəlincə, Mərkəz direktoru deyib ki, İmişli ərazisi gilli, qumlu torpaqdır: "Maqnitudası 5-dən çox olan zəlzələlər zamanı evlərdə çatların olması qaçılmazdır. Amma güclü dağıntı gözləmirəm". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31