anspress.com fəaliyyətini dayandırdı
ANS Şirkətlər Qrupuna daxil olan anspress.com xəbər saytı fəaliyyətini dayandırıb.
19 İyul 2016 04:44 SosialANS Şirkətlər Qrupuna daxil olan anspress.com xəbər saytı fəaliyyətini dayandırıb.
ANS telekanalının yayımının dayandırılması ilə bağlı rəsmi qərar çıxandan sonra anspress.com-a giriş bağlanıb.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prokurorluğunun müraciətini nəzərə alaraq, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31