“Respublika Gənclər Debat Forumu 2016: Yaz” layihəsinin mükafatlandırma mərasimi keçiriləcək

Mayın 27-də Respublika Gənclər Debat Forumu 2016: Yaz" layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Respublika Gənclər Debat Forumu 2016: Yaz" layihəsi Gənclər və İdman Nazirliyi və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən car ilin fevral - may aylarında keçirilib. Ənənəyə çevrilən forum çərçivəsində hər il mütəmadi olaraq ölkənin 11 regionunun (Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmaillı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Ağdam və Sabirabad rayon və şəhərləri) ali təhsil müəssisələrdə təlimlər, regional turnirlər həyata keçirilir, eləcə də gənclər mövsüm üçün aktual olan mövzular üzrə məlumatlandırılır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan olunmuşdur. Forumun bu ilki mövzusu isə həmin Sərəncama əsasən gənclərin bu mövzuda məlumatlılığının artırılması, ölkəmizdə multikultralizm siyasətinin dinamik inkişafı üçün zəmin yaradılmasına dəstək olmaq məqsədilə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00