Sağlam ailə modeli təbliğ ediləcək

Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam ailə modeli yaradaq!" adlı layihənin icrasına start verir. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihə erkən nikah probleminə həsr olunur. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihəmizin qayəsini təşkil edir. Layihə 3 ay müddətində icra olunacaq. Bakı ilə yanaşı regionlarda da tədbirlər təşkil olunacaq. Layihəyə 15-29 yaşlı gənclər cəlb olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00