“BakuBus”-da yeni təyinat
26 May 2016 16:32 Sosial"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətə yeni mətbuat xidmətinin rəhbəri təyin olunub. "OLAYLAR"-ın xəbərinə görə, bu vəzifəyə Mənsur Piriyev təyin edilib. Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun müdiri vəzifəsində çalışan Mənsur Piriyev yeni vəzifəsində Nuridə Allahyarovanı əvəz edib.
Qeyd edək ki, Nuridə Allahyarova bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyinin mərtbuat xidmətinin rəhbəri təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00