Azərbaycan məhkəmələrinin bu addımı yüksək qiymətləndiriləcək

"İndiki halda jurnalist Xədicə İsmayılın azadlığa buraxılması təqdirəlayiq addımdır. Çünki jurnalistin həbsdə olmasını izah etmək çox çətindir". Bu fikirləri "OLAYLAR"-a Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli səsləndirib. O, əmin olduğunu bildirib ki, beynəlxalq təşkilatlar və demokratik ölkələr Azərbaycan məhkəmələrinin bu addımını yüksək qiymətləndirəcək: "Bu isə ölkəmiz üçün lazımlıdır". QHT sədri onu da diqqətə çatdırıb ki, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın həbs edilməsi faktından istifadə edərək Azərbaycanda insan hüquqlarının pozulması və jurnalistlərin təqib edilməsi tənqid olunurdu. Bu isə respublikamıza qarşı mənfi imic formalaşdırmağa xidmət edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00