İçərisində 40 min avro olan seyf oğurlanıb
26 May 2016 15:24 SosialBakı şəhər sakininin evindən içərisində külli miqdarda pul olan seyg oğurlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Bakı şəhər sakini Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlamış paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00