Daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib

28 May - Respublika günü ərəfəsində Beyləqan, Qəbələ və Göyçay rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Beyləqanın333 abonentlik Türklər qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 16708 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Qəbələ rayonunun 473 abonenti olan Həmzəlli kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 30759 metr təşkil edən qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Göyçay rayonunun 82 abonentlik Qəbəl-Müskürlü kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirdə isə vurğulanıb ki, qazlaşdırma işlərində ümumilikdə 9946 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, birpilləli sistem əsasında daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 82 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00