TİKA rəhbərliyi Atatürk Liseyində
26 May 2016 15:23 SosialTürkiyə hökuməti yanında Türk İşbirliyi və Kalkınma Agentliyinin (TİKA) sədr müavini Ali Maskan Azərbaycana səfəri çərçivəsində Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində olub. Təhsil ocağından "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, Ali Maskanı Atatürk Liseyini ziyarət zamanı TİKA-nın Bakı Təmsilçisi Mustafa Haşim Polat müşayət edib. Liseyin müdiri Ali Devrim, eləcə də müəllim və şagird heyəti ilə görüşən TİKA rəsmisi məktəbin fəaliyyəti, mövcud imkanları, təhsil ocağındakı şəraitlə yaxından maraqlanıb, dərs prosesi ilə tanış olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00