Azərbaycan Texniki Universitetində Respublika Günü qeyd edilib

Azərbaycan Texniki Universitetində Respublika Günü ilə bağlı tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, XX əsr Azərbaycan xalqının həyatında, azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, onun baniləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanırlar. Mili Məclisin deputatı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi araşdırmalar inisitutu"nun direktoru Elman Nəsirli və millət vəkili, professor Astan Şahverdiyev də çıxışlarında ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00