Binəqədidə bayraq aksiyası

Binəqədi rayon İcra Hakimiyyətinin və Binəqədi rayon bələdiyyəsinin təşkilatçılığı ilə 28 May Respublika Günü münasibətilə rayonun balaca sakinləri "Hərəyə bir bayraq verək" aksiyası keçirib. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi rayon bələdiyyəsindən start götürən "Hərəyə bir bayraq verək" aksiyası rayonun 272 saylı körpələr evi -uşaq bağçasının balaca fidanlarının iştirakı ilə baş tutub. Aksiya zamanı ərazilər boyunca balaca fidanları Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova, Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı, 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri Dilbər Şükürova, Ləman Əliyeva və bağçanın müəllim nümayəndələri müşayət ediblər. Sonda Binəqədi bələdiyyəsi tərəfindən balaca fidanlara hədiyyələr təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00