QHT-lərin nəzərinə

YUNESKO tərəfindən "Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2016-2017-ci illər üçün İştirak Proqramı" elan olunub. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, proqrama əsasən, üzv dövlətlər tərəfindən milli, regional və subregional əsasda yeni layihələrin irəli sürülməsi və layihələrin icrasına 26 min ABŞ dolları məbləğinə qədər maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Layihələr YUNESKO-nun fəaliyyət göstərdiyi prioritet sahələr üzrə olmalıdır. Layihələrin YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təqdim edilməsi üçün son tarix 15 iyul 2016-cı ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00