Turizm şirkətlərinin görüşü keçirilib
25 May 2016 12:03 SosialMilli Kitabxanada Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında yerləşən turizm obyektləri və mehmanxanaların nümayəndələri ilə turizm şirkətləri təmsilçilərinin görüşü keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə mədəniyyət və turizm nazirinin əmrinə əsasən, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə yaradılmış işçi qrupunun üzvləri də iştirak edirdilər. Görüşün keçirilməsində əsas məqsəd turizm xidmətlərinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə daha da sıx əlaqələndirilməsi, turizm obyektləri və mehmanxanalar ilə turizm şirkətlərinin əlaqələrinin gücləndirilməsi, turistlərə təqdim edilən xidmətlərin təhlili və xidmətlərin səviyyəsinin artırılmasıdır. Nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri, işçi qrupun üzvü Bəxtiyar Qılıncov bildirdi ki, mədəniyyət və turizm nazirinin əmrinə əsasən yaradılan qrupun üzvləri aprel ayında bölgələrdə bir sıra görüşlər keçiriblər. Görüşün əhəmiyyətini qeyd edən B.Qılıncov ölkəmizdə turizmin daha da inkişafına nail olmaq üçün turizm şirkətləri ilə turizm müəssisələri və hotellərin qarşılıqlı əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.