Binəqədidə “Açıq qapı” vətəndaş forumu keçirilib
12 Fevral 2016 11:54 SosialDövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerlərdə və qəsəbələrdə sakinlərlə mütəmadi səyyar görüşlər keçirir. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, Bildirilib ki, bu məqsədlə İcra Hakimiyyətinin inzibati binasında Xaləddin İsgəndərovun iştirakı ilə növbəti "Açıq qapı" vətəndaş forumu keçirilib.
Qeyd olunub ki, belə görüşlər əhalinin problemlərinin həllində mühüm rol oynamaqla yanaşı, qəbul edilən qərarlarda, görülən işlər və atılan addımlarda ictimaiyyətin iştirakına əlverişli şərait yaradır. Görüşlər zamanı sakinləri narahat edən problemlər onların özləri tərəfindən səsləndirilir, digər tərəfdən sakinlər yaşadıqları ərazidə öz problemlərini aidiyyəti qurumlara çatdırmaq imkanı qazanırlar.