Binəqədi Rayon İcra Hakimiyyətində Apellyasiya Şurası yaradılıb
9 Fevral 2016 11:54 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası ilə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb. "OLAYLAR"-ın xəbərinə görə, sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə yaradılan Şuraya Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov sədr təyin edilib. Üzvlərinin sayı 6 nəfərdən ibarət olan şuranın tərkibinə Aparatın strukturuna aid olan şöbələrin rəhbər şəxsləri və Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi daxil edilib. O cümlədən katibliyin rəhbəri və üzvləri müəyyənləşdirilib.