Gənclərə siqaretin zərəri təbliğ edilir
4 Fevral 2016 14:31 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Günay Bağırlı tərəfindən icra olunan "Siqaret və qəlyandan istifadə etmə - SAĞLAM YAŞA!" layihəsi çərçivəsində son tədbir keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, Ucar rayonunun Bərgüşad kəndində 1 saylı orta məktəbdə keçirilən tədbirdə şagirdlərə siqaret və qəlyanın insan sağlamlığına ziyanından və bununla mübarizədən bəhs edilib. Şagirdlər siqaretin nəinki ondan istifadə edənə, eyni zamanda siqaretdən istifadə edən şəxsin yaxın ətrafına mənfi təsiri ilə bağlı da məlumatlandırılıblar. Gənclərə siqaretin və qəlyanın zərərli tərəfləri barəsində məlumat verilib, siqaret və qəlyanın insan sağlamlığına vurduğu ziyan barəsində gənclər arasında maarifləndirmə işi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, layihənin məqsədi Ucar rayonunda orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdlərinin sağlam həyat tərzinin formalaşdırılmasından ibarət olub.