Binəqədidə hesabat toplantısı keçirilib

Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Binəqədi qəsəbə bələdiyyəsinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva və qəsəbə sakinləri iştirak ediblər. Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışıb. Daha sonra Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva 2015-ci il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış edib. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31