Vergi bəyannəmələrinin yeni formaları təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən təsdiq edilən normativ-hüquqi sənədlərə müvafiq dəyişikliklər və əlavələr olunub. Nazirliyin Analitik -informasiya şöbəsindən verilən məlumata görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar, "Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi", "İdman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi", "Sadələşdirilmiş vergi bəyannaməsi", "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi", onların əlavələri və tərtib olunma qaydaları təsdiq edilib. Bundan əlavə, "Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək haqqında" və "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə" məlumat formaları da təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31