“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunları müzakirə ediləcək

Gənclər və İdman Nazirliyi tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclası keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, iclasda əlaqədar dövlət orqanlarının rəhbər şəxsləri, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzv təşkilatları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbir dekabrın 22-də "JW Absheron Mariott" otelinin "Şərq zalı"nda baş tutacaq..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31