Binəqədi rayonunda yeni bir layihə
17 Dekabr 2015 11:35 SosialBinəqədi rayonunda "Azercell Telekom" MMC və "Xəzər Qayğıkeşlik Layihəsi" humanitar təşkilatının təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təhsil müəssisələrində səyyar müayinələrin təşkil edilməsi məqsədilə "Birgə yaradaq" tədbirlər planı çərçivəsində "Daha yaxşı görək" layihəsi keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, tədbir çərçivəsində Binəqədi rayonunda yerləşən 217 saylı tam orta məktəbin şagirdləri arasında səyyar oftalmoloq-həkimlər tərəfindən göz müayinəsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31