“Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinə yekun vuruldu

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin dəstəyi ilə 7-10 dekabr 2015-ci il tarixlərdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin tarix fənnini tədris edən 197 müəllimin iştirakı ilə keçirilmiş "Tolerantlıq nümunəsi Azərbaycan" adlı layihənin bağlanış mərasimi olub. "OLAYLAR"-ın xəbərinə görə, tədbirə layihədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu və s. iştirak edib. Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir haqqında geniş məlumat verərək milli-mənəvi dəyərlərimizin hər şeydən üstün olduğunu, gənclərin kənar təsirlərdən qorunmasının vacib olduğunu bildirib. A.Əliyeva məruzəçilərə Binəqədi Rayon İcra Hakimiyyəti adından minnətdarlığını bildirib. Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31